İdman

Konor Makqreqor karyerasını bitirdi

Konor Makqreqor karyerasını başa vurduğunu açıqlayıb.

O, bu barədə şəxsi “Tvitter” hesabında məlumat verib.

“Uşaqlar, təcili elan. Bu gün mən qarışıq döyüş sənəti kimi tanınan idman növündən getməyə qərar verdim. Bütün keçmiş həmkarlarıma uğurlar arzu edirəm və artıq təqaüdə çıxıram”.

Konor son döyüşündə rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43