19 Fevral 2020
Ölkə futbolu

Konqo yığmasının üzvü rəsmən “Səbail”də!

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. İdmanxeber.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Lema Mabidi Çikitonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.
Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib.
2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

Oxşar xəbərlər

“Pis deyillər, vəziyyətləri qənaətbəxşdir…” – Vahabzadə

admin

Azərbaycan futbolunun canlı əfsanəsi “Kəpəz”in baş məşqçisi oldu

admin

“Böyük oyun”da penalti dəf etdi, Kamran Ağayev və Kramarenkonu geridə qoydu

admin