İdman

Konqolu hücumçu Premyer Liqamızda

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Kevin Koubembanı transfer edib. Konqo millisinin 25 yaşlı hücumçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, K.Koumbembanın son klubu Fransa üçüncü liqa təmsilçisi “Bur-an-Bress” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43