Dünya futbolu

Konte danışıqlara başladı

Antonio Konte “Çelsi”ylə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

İdmanxeber.com-un məlumatına görə, o, klubun icraçı direktoru Marina Qranovskaya ilə görüşüb. Tərəflər sözləşmənin artırılması ilə bağlı ilkin razılıq əldə edib.

Kontenin illik məvacibi 10 milyon avro olacaq. Yekun qərar Kontenin Abramoviçlə görüşündən sonra veriləcək.

Xatırladaq ki, Konte ilə rəhbərlik arasında transferlərlə bağlı anlaşmazlıq var idi. Lakin görüşdən sonra münasibətlər xeyli yaxşılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43