Dünya futbolu

Konte Morata ilə Lukakonu müqayisə etdi

“Çelsi”nin baş məşqçisi Antonio Konte yeni transfer Alvaro Morata ilə Lukakunu müqayisə edib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında bunları deyib:

“Lukakunu transferdə əsas hədəf kimi saydığım vacib deyildi. Mənə elə gəlir ki, o və Morata eyni səviyyəli forvardlardır.

Son 3 ildə Alvaro çox inkişaf edib və Avropanın ən güclü futbolçularından birinə çevrilib. Ötən il oyun praktikasının az olmasına baxmayaraq 20 qol vurub.

O, hələ gəncdir və mən onun inkişafına bir qədər də kömək edəcəyəm”, – deyə Konte bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43