08 Sentyabr 2024
Dünya futbolu

Konte özünü “Barselona”ya təklif edib

“Tottenhem”in keçmiş baş məşqçisi Antonio Konte “Barselona”ya rəhbərlik etməyə hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, 54 yaşlı italiyalı özünü Kataloniya klubuna təklif etsə də, hələlik cavab almayıb.

Konte ötən ilin martında “Tottenhem”dən ayrılıb. Mütəxəssis əvvəllər “İnter”, “Çelsi”, İtaliya millisi, “Yuventus” kimi klubları çalışdırıb.

“Barselona”nın hazırkı baş məşqçisi Xavi yanvarın 27-də mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Xavi 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43