Dünyadan

Kontenin istədiyi türk futbolçu

“Çelsi” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, London klubu “Bayer”in oyunçusu Hakan Çalhanoğlunu transfer etmək istəyir. Komandanın baş məşqçisi Antonio Kontenin istədiyi Türkiyə millisinin yarımmüdafiəçisi üçün “Çelsi”nin 15 milyon sterlinq təklif edəcəyi bildirilib.

Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm 20 oyunda 5 qol vurub, 6 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43