İdman

“Kopenhagen” bu səddi keçə bilməsə, cavab verməli olacaqlar”

Danimarka millisinin sabiq baş məşqçisi Stiq Teftinq "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki rəqibi olan "Kopenhagen" klubu haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, 48 yaşlı danimarkalı mütəxəssis ÇL-də şanslarını dəyərləndirdiyi paytaxt təmsilçisinin çempionatın son matçında üstün oyun nümayiş etdirmədən qələbə qazandığını bildirib: "Artıq buna təəccüblənmirəm. çünki "Kopenhagen" əvvəlki kimi üstün oynamır. Düzdür, Çempionlar Liqasında da çıxış edir, ancaq "Qarabağ"la matçda necə oynayacaqlarını bilmirəm. "Kopenhagen"in oyununu heç də bəyənmirəm. "Qarabağ"la görüş onun üçün dönüş nöqtəsi də sayıla bilər. "Kopenhagen" bu səddi keçə bilməsə, buna cavab verməli olacaqlar".

Xatırladaq ki, "Kopenhagen" – "Qarabağ" oyunu avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. İlk matçda Ağdam klubu 1:0 hesablı qələbə əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43