Ölkə futbolu

“Kopenhagen” klubunun “Qarabağ” azarkeşlərindən istəyi

“Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla əlaqədar “Qarabağ” azarkeşlərinə müraciət edib.

Idmanxeber.com-un məlumatına görə, bununla bağlı Danimarka klubun saytında rəsmi açıqlama yerləşdirilib.

Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab oyununun təşkil olunacağı “Parken” stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O Qonaq komanda üçün nəzərdə tutulmuş biletlərin yalnız klub vasitəsi ilə əldə oluna biləcəyi də bildirilib.

“Parken” stadionu 38 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq,  “Qarabağ” azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

Xatırladaq ki, ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43