Ölkə futbolu

“Kopenhagen” rəsmisi: “Buna imkan verməməliyik”

Sabah Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək Danimarkanın “Kopenhagen” klubunun idman direktoru Yohan Lange Bakıda olub.

İdmanxeber.com-un məlumatına görə, cümə günü paytaxtımıza gələn klub rəsmisi Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi”yə “Bakcell Arena”da 3:1 hesaı ilə qalib gəldiyi matçı izləyib.

O, öz ölkəsinin mətbuatına bununla bağlı açıqlama verib: “Fikrimcə, “Qarabağ”la oyunlarımız əla şou olacaq. Rəqib çox istedadlı komandadı. Topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenahagen” görüşü sabah saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43