Ölkə futbolu

“Kopenhagen”in 20 nəfərlik futbolçu heyəti bəlli oldu – SİYAHI

“Kopenhagen”in Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la səfər görüşü üçün Bakıya gələcəyi heyəti müəyyənləşib.

İdmanxeber.com-un Danimarka klubunun saytına istinadən yaydığı xəbərə görə, heyətdə 20 futbolçunun adı yer alıb. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen, 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyer Benqtsson, 15. Mikael Antonsson, 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner

Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander, 11. Andriya Pavloviç, 28. Pyeros Sotiryu, 40. Karlo Holse
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu sabah saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43