İdman

“Kopenhagen”in kapitanı: “Güclü komanda ilə qarşılaşdıq”

“Kopenhagen”in kapitanı Uilyam Kvist dünən baş tutan UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunundan sonra klublarının rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu görüş haqda fikirlərini bölüşüb: “Bakıya gedənə qədər uzun yol qət etmişdik. Rəqibin öz meydanında yüksək səviyyəli oyun göstərdiyini billirdik. Bu barədə öz aramızda danışmışdıq, bir-birimizə demişdik ki, konsentrasiyanı itirmək olmaz. Səfərdə qol vurmaq istəyirdik, amma əksinə oldu. Təbii ki, nəticə bizi məyus etdi”.

32 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın ikinci hissədə “Kopenhagen”dən çox üstün oynadığını etiraf edib: “Fasilədən sonra oyunumuz, ümumiyyətlə, alınmadı. Tez-tez səhvlər buraxdıq. Bunun isti hava və ya başqa amillə bağlı olduğunu bilmirəm. Fakt budu ki, çox səhvə yol verdik. Matçın sonunda rəqibə təzyiq göstərə bilmədik. Güclü komanda ilə qarşılaşdıq. Məğlubiyyətə rəğmən, cavab oyununda şansların bərabər olduğunu düşünürəm”.

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Danimarkada keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43