Ölkə futbolu

“Kopenhagen”in müdafiəçisi: “…bizim üçün kədərli hadisədir”

“Əlbəttə, Erik Yohanssonun sıradan çıxması bizim üçün kədərli bir hadisədir. Ancaq onun yoxluğunu unutdurmağa və yaxşı nəticə qazanmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etməli, komanda şəklində oynamalıyıq. Rəqibin yaxşı futbolçuları var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kopenhagen”in müdafiəçisi Nikolay Boylesen Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi ölkəsinin mətbuatına deyib.

25 yaşlı müdafiəçi Ağdam klubu ilə matçın çətin keçəcəyini bildirib: “Burada sərfəli nəticə qazanmaq mütləqdir. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu, bizim üçün çox vacibdir. Daxili çempionatda son oyunlarda büdrədik. Amma son görüşdə heç də pis təsir bağışlamadıq. Ümid edirəm ki, “Qarabağ”la matça yaxşı köklənməyi bacaracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43