Ölkə futbolu

“Koper”in hücumçusu idmanxeber.com-a danışdı: “Qoy, “Neftçi” bizdən qorxsun”

“Mən “Neftçi” ilə oyunda komanda yoldaşlarıma və məşqçi heyətinə güvənirəm. İnanıram ki, “Neftçi” ilə oyunda hər şey yaxşı olacaq”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin Avroliqanın 2-ci təsnifat mərhələsindəki rəqibi Sloveniya “Koper”inin futbolçusu Drazen Pilçiç deyib.

Avroliqanın ilk təsnifat mərhələsindən turnirə start verən və ilk matçda Monteneqro komandası “Çelik”i səfərdə darmadağın edərək (5:0), demək olar ki, mərhələni adlayan “Koper”in futbolçusu “Neftçi”dən çəkinmədiklərini bildirib:

“Neftçi”dən çəkinmirik. Biz ilk oyunda böyükhesablı qələbə qazanmaqla nəyə nail olduğumuzu isbatlamışıq. Qoy, bu hesabdan sonra “Neftçi” bizdən qorxsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43