Ölkə futbolu Premyer Liqa

Koronavirusa görə Premyer Liqamızda daha bir oyun təxirə salındı

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu baş tutmayacaq.

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43