Kateqoriyasız

Kosovo – Azərbaycan oyununun harda keçiriləcəyi dəqiqləşdi

Millimizin oynayacağı stadion bəlli oldu

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Priştina şəhərindəki “Fadil Vokkri” arenasında keçiriləcək. UEFA əsaslı təmir işlərindən sonra lazımı meyarlara cavab verən stadiona Millətlər Liqasının oyunlarını keçirmək üçün lisenziya verildiyini açıqlayıb.

Qeyd edək ki, Kosovo – Azərbaycan matçı noyabrın 20-də oynanılacaq. Kosovolular bu arenada ilk oyunlarını isə sentyabrın 10-da Farer adaları yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43