Dünya futbolu

Kosovonun baş məşqçisi: “Azərbaycan yuxusunu gerçək etmək istəyir”

Millətlər Liqasının D Liqasında yığmamızla eyni qrupda qərrlaşan Kosovo millisinin baş məşqçisi Bernard Şalland Malta üzərindəki qələbəni şərh edib:

“Bu qələbə komandamızdakı ruhu göstərdi. Əslində, bu oyunda da bir neçə problemimiz görünürdü. Hesab belə olduğu üçün nəzərə çarpmaya bilər. Buna baxmayaraq, mən çox xoşbəxtəm. Çünki əvvəllər qol vurmaqla bağlı sıxıntılarımız olub”.

Şalland son turda keçiriləcək həlledici oyunla bağlı fikirlərini bölüşüb:

“İlk turda səfərdə Azərbaycanla qarşılaşanda anlamışdım ki, bu komanda ilə son matçımız final xarakteri daşıyacaq. Təxminim məni yanıltmadı. Biz də bu yerə gəldiyimiz üçün sevinirik. Mən Azərbaycan millisini yaxşı dəyərləndirirəm. Bəzi yaxşı futbolçuları ilə güclü komandaya qarşı oynayacağıq. Onlar yuxularını gerçək etmək istəyirlər, bizə təhlükə yarada bilərlər. Priştinada çox maraqlı oyun olacaq”.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu noyabrın 20-si, Bakı vaxtı ilə 23:45-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43