Ölkə futbolu

Kosovonun baş məşqçisi: “Qələbəyə ilk görüşdən başlamalıyıq”

Kosovonun baş məşqçisi Azərbaycanla keçiriləcək oyundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Milətlər Liqasının ilk oyununda Azərbaycanla səfərdə qarşılaşacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkə mətbuatına açıqlama verib. O, komandası haqda iddialı danışaraq, qələbə qazanacaqlarını bildirib:

“Biz qələbələr qazanaraq gücümüzü göstərməliyik. Buna ilk oyundan başlamaq istəyirik. Hazırda heyətimizdə Berişa və Halimi kimi itkilərimiz olsa da, onların yerini doldura biləcək oyunçularımız var. Halimi Farer Adaları ilə oyuna hazır olacaq. “Haddersfild Taun”un müdafiəçisi Floran Haderdjonajını milliləşdirmək istədiyimiz doğrudur. O,  İsveçrə yığmasında oynamaq istəsə də, orada güclü rəqabət olduğuna görə heyətə düşə bilmir. Floran İsveçrənin Dünya Çempionatının heyətinə dəvət belə almamışdı. Ancaq yenə də qərar onundur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43