Dünya futbolu

Kosovonun baş məşqçisi: “Qrupda lider olmaq istəyirik”

UEFA Millətlər Liqasındakı rəqiblərimizdən olan Kosovonun baş məşqçisi Bernard Şalland ölkə mətbuatına müsahibə verib. O, Millətlər Liqasının çox əhəmiyyətli olduğunu bildirib:

“Bu turniri tənqid edib, bəyənməyənləri anlamıram. Seçmə mərhələdən Avropa Çempionatına vəsiqə qazanmaq çətindir. Ona görə Millətlər Liqasının vacib və əhəmiyyətli olduğunu düşünürəm. Hazırda Kosovo millisi ilə yaxşı işlər görməyə çalışırıq. Buraya gəlməyimdə səbəb yaxşı nəticə qazanmaqdır. Son oyunda vacib iki xal itirdik. Bəlkə də qrupun taleyini həll edə bilərdik. Ancaq hələ heçnə bitməyib. Qrupda lider olmaq istəyirik”.

Qeyd edək ki, D liqasının 3-cü qrupunda Kosovonun 8, Azərbaycanın 6 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43