Dünya futbolu

Kosovonun futbolçusu: “Qrupun favoriti bizik”

Kosovonun oyunçusu iddialı danışıb

 İdmanxeber.az-ın məlumatına görə,  Kosovonun oyunçusu Herolind Şala ölkə mətbuatına müsahibə verib. O, Millətlər Liqasında qarşılaşacaqları oyunlar bərəsində danışıb:

“Hazırda komandada yaxşı ab-hava var. Qarşıda iki çətin oyun bizi gözləyir. Təbii ki, yaxşı hazırlaşmışıq. Ancaq hər şeyə rəğmən Maltanı məğlub edəcəyimizə inanıram. Digər rəqiblərimizin oyunları barəsində dəqiq heçnə deyə bilmərəm. Azərbaycanın nə edəcəyini görəcəyik. Sözsüz ki, onlarda qələbə qazanmaq istəyəcək. Ancaq bu qrupun favoriti bizik. Ona görə də hər oyun qələbə qazanıb irəli getməyi düşünürük”.

Qeyd edək ki, Kosovo millisin noyabrın 17-si səfərdə Malta ilə 20-si isə evdə azərbaycanal qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43