Kateqoriyasız

Kosovonun millimizə qarşı oynayacağı heyət açıqlandı

Millətlər Liqasındakı ilk rəqibimiz Kosovo yığması olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Sentyabrın 7-si UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə qarşılaşacaq Kosovo millisinin heyəti bəll olub. Baş məşqçi Bernard Şallan bu oyun üçün 24 futbolçuya dəvət göndərib. Komandanın “Latsio”da forma geyinən  ulduz oyunçusu Valon Berişa zədə səbəbindən milliyə dəvət almayıb.

Qapıçılar: Samir Uykani (“Rizəspor”), Faton Maloku (“Kukesi”), Visar Bekay (“Priştina”);

Müdafiəçilər: Armi Rrahmani (“Dinamo”, Zaqreb), Fidan Aliti (“Skenderbeu”), Mergim Voyvoda (“Muskron”), Ardian İsmajli (“Hayduk”), Kastriot Dermaku (“Kosenza”), Leart Paqarada (“Sandhauzen”), Benjamin Kololli (“Sürix”), Jetmir Krasniqi (“Luqano”), Arbenit Xhemayli (“Ksamaks”);

Yarımmüdafiəçilər: Hekuran Kryeziu (“Sürix”), Herolind Şala (“Start”), İdriz Voka (“Lüzern”), Bernard Berişa (“Axmat”), Arber Zeneli (“Heerenveen”), Milot Reşika (“Verder”), Edon Zegrova (“Genk”), Bersant Kelina (“Suonsi”);

Hücumçular: Elbasan Raşani (“Odds”), Donis Avdiyay (“Villem II”), Vedat Muriqi (“Rizəspor”), Adhe Nuhiu (“Şeffield”).

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43