Milli komanda

Kosovoya qol vuran oyunçu millimizə qarşı oynamayacaq

Farer adalarının futbolçusu cəzalı duruma düşüb.

Dünən Millətlər Liqasının qrup mərhələsində Kosovo ilə qarşılaşan Farer adaları yığmasının heyətində itki baş verib. Belə ki, Farer adalarının futbolçusu Rene Yonsen ardıcıl iki oyunda da sarı vərəqə alaraq növbəti görüş üçün cəzalı vəziyyətə düşüb. Bununla da o, Millətlər Liqasının V turunda Azərbaycana qarşı olan oyunu buraxmalı olub.

Qeyd edək ki, Rene Yonsen dünən komandasının Kosovoya qarşı bərabərlik qolunu vurmuşdu.

Azərbaycan – Farer adalrı matçı noyabrın 17-si, saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43