20 Sentyabr 2024
Dünya futbolu

“Koul Palmer Di Mariyaya bənzəyir” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino yarımmüdafiəçisi Koul Palmer barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis həmyerlisi haqqında xoş sözlər söyləyib:

“Palmer Anxel Di Mariyaya bənzəyir. İndiyə qədər çox əla çıxış edib. Onun Di Maria kimi bacarığı və potensialı var. Koul həm oyun qurucusu, həm də qol vura bilən futbolçudur”.

21 yaşlı ingiltərəli yay transfer pəncərəsində “Mançester Siti”dən “Çelsi”yə keçib. O, londonluların heyətində bütün yarışlarda 21 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43