Braziliyalı futbolçu Filipe Koutinyo “Aston Villa”dan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında müqaviləyə qarşılıqlı olaraq xitam verilib. O, Braziliyanın “Vaskoda Qama” klubu ilə danışıq aparır. Futbolçu böyük ehtimalla karyerasını vətənində davam etdirəcək.
32 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Qətərin “Əl-Duhail” klubunda keçirmişdi.