22 Sentyabr 2024
Ölkə futbolu

Koyta “Qarabağ”a keçir? – “Trabzonspor”un prezidenti açıqladı

Türkiyə mətbuatında “Qarabağ”ın “Trabzonspor” klubunun “Kasımpaşa”da icarədə olan futbolçusu Fode Koytanı heyətinə cəlb etməyə hazırlaşdığı ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı “Trabzonspor” klubunun prezidenti Ahmet Ağaoğluna müraciət etdik. Klub rəsmisi açıqlamasında məlumatı təkzib edib:

“Xeyr, bu barədə yayılan məlumat doğru deyil. Klublar arasında heç bir danışıqlar aparılmayıb. Koyta hazırda “Kasımpaşa”da icarədədir. Mövsümün sonuna kimi orda oynayacaq. Koytanın bizimlə 2024-cü ilə qədər müqaviləsi var”.

Qeyd edək ki, qvineyalı hücumçunun mövsümün sonunda “Qarabağ”a keçidi gözlənilirdi. (sportlife.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43