22 Sentyabr 2024
Dünya futbolu

“Krasnodar”ın mənim üçün təzminat ödəyəcəyini düşünmədim” – Kadi Borges

“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu yerli mətbuata yeni klubuna keçidin detalları barədə danışıb. O, Rusiyanın başqa komandalarından da təkliflərin olduğunu bildirib:

“Tətil başlamamışdan bir həftə əvvəl “Krasnodar”ın mənimlə maraqlandığını öyrəndim. Adətən özüm transfer işi ilə məşğul olmuram, bunun üçün agentim var. Əvvəlcə “Krasnodar”ın təzminat ödəməyə hazır olduğunu düşünmürdüm, çünki ondan üç ay əvvəl “Qarabağ”la yeni müqavilə bağlamışdım. Amma klubun mənə nə qədər ümid bəslədiyi bəlli olanda agentimlə danışmaq istədim. Mənim üçün bu, böyük təcrübədir. Çox xoşbəxtəm, böyük gözləntilərim var”.

Braziliyalı futbolçu Rusiyada “Krasnodar”dan başqa hansı klubdan təklif aldığını açıqlamayıb. O, burada böyük uğurlar qazanmaq istədiyini də sözlərinə əlavə edib:

“Açığı, “Krasnodar” haqqında çox şey bilmirdim. Amma onların cavabları seçimimi müəyyənləşdirdi. İndi gözəl stadionumuzda oynamağı səbirsizliklə gözləyirəm”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43