Kateqoriyasız

“Krayova” – “Səbail” matçı canlı yayımlanacaq

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Unversitatya Krayova” – “Səbail” görüşü ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 18-də Rumıniyada – “İon Oblemenko-Krayova” stadionunda keçiriləcək matçı “CBC Sport” kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, tərəflər arasında ilk oyun iyulun 11-də, “ASCO Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43