Dünya futbolu

Kristiano Ronaldo “Bayer”ə transfer olunur?

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo karyerasını “Bayer”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso 39 yaşlı portuqaliyalını heyətdə görməkdə maraqlıdır. İspaniyalı mütəxəssis forvardın komandaya Çempionlar Liqasında kömək edəcəyinə inanır.

Ronaldo Səudiyyə Ərəbistanında bütün yarışlarda 43 oyunda 42 qol vurub və 13 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı portuqaliyalının dəyərini 15 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43