Dünya futbolu

Kriştiano Ronaldo: “Bütün böyük futbolçular kimi onun da oyunundan zövq alıram”

“Real”ın futbolçusu Kriştiano Ronaldo “Barselona”nın hücumçusu Lionel Messi haqda danışıb.

İdmanxeber.com-un məlumatəına görə, portuqaliyalı forvard “Fox Sports Argentina”ya açıqlamasında Messini meydanda görməyi sevdiyini deyib:

“Meydanda yaxşı futbolçuları görmək mənə xoşdur. Messi də onlardan biridir. Bütün böyük futbolçular kimi onun da oyunundan zövq alıram”.

Ronaldo argentinalı futbolçu ilə müqayisə olunmağı sevmədiyini də bildirib: “Nə vaxt yan-yana gəlsək, Messi ilə yaxşı ünsiyyət qururuq. Təbii ki, evinə gedib, birlikdə yemək yemirik. Dost deyilik, amma həmkarıq. Məncə, o, rəqibim deyil. Çünki onunla müqayisə olunmağımı xoşlamıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43