Dünyadan

Kriştiano Ronaldo haqda şok iddia – FOTO

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo haqqında yazılan kitabda şok detal böyük marağa səbəb olub. “Qol maşınının sirri” adlı kitabı qələmə alan Luis Migel Pereyra tanınmış futbolçu Ronaldonun ayağında artıq bir sümük olduğunu iddia edib.

Portuqaliyalı forvard “Real” və “Marsel” arasında 2009-cu ildə keçirilən qarşılaşmada zərbə vurandan sonra ayağında ciddi bir ağrı olduğunu hiss edib.

Matçdan sonra Ronaldonun ayağını yoxlayan həkim onun ayağında əlavə bir sümük olduğunu bildirib. Həmçinin bu sümük üçün əməliyyata ehtiyac olmadığı, lazım gələndə Ronaldonun performansına əlavə kömək də etdiyi ortaya çıxıb.

Bundan başqa Ronaldonun hələ təcrübəli bir futbolçu olmadan əvvəl gecələr gizlicə idman salonuna gedərək, daha artıq çalışdığı kitabda qeydə alınıb. Məsələdən xəbər tutan komandanın məşqçisi Luis Martins bu barədə futbolçuya xəbərdarlıq edərək, özünü çox gücə salmamağı məsləhət görüb.


dailysport.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43