Kateqoriyasız

Kristof Qaltye: “Qarabağ” qrupda istənilən rəqib üçün təhlükəli sayıla bilər”

“Hamı “İnter” və “Dnepr”i qrupun favoriti hesab edə bilər. Bu komandalar nisbətən üstün sayılır. Ancaq “Qarabağ” hələ son sözünü deməyib”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan  “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib:

“Qarabağ” qrupda istənilən rəqib üçün təhlükəli sayıla bilər. Bunu Bakıdakı qarşılaşmada gördük. “Dnepr”ə qarşı isə layiqli mübarizə aparacağıq. Ukrayna çempionatını izləmişik. Rəqibi yaxşı təhlil etmişik.  İndidən hansı komandanın favorit olduğunu demək düzgün olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43