Kateqoriyasız

Krivotsyuk qol vurdu, komandası məğlub oldu – Video

Polşa çempionatında IX turun oyunları keçirilir.

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Şlyensk”lə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Start heyətdə meydana çıxan Krivotsyuk 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə millimizin müdafiəçisi vurub. Bu, onun mövsümdə 2-ci qoludu.

“Visla” hazırda 10 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43