Müsahibə

Krivotsyukdan etiraf: “…saxlaya bilmədim”

“Neftçi”nin futbolçusu Anton Krivotsyuk klubun saytına müsahibə verib.

İdmamxeber.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi müqavilə müddətinin artırılması və gələcək planları barədə danışıb.

– “Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

– Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

– Ümumiyyətlə, “Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

– Çox vacib rol oynayıb. Dediyim kimi, “Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

– Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

– Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

– Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

– Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

– Futbol üçün çox darıxmısız?

– Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43