Ölkə futbolu

Krunoslav Renduliç: “Futbolçularım mükəmməl oyun sərgilədilər”

“Oyun haqda heç nə deyə bilmərəm. Futbolçularım qəhrəmandır. Gəldiyimdən bəri 11 oyun keçirmişik və 8 qələbə qazanmışıq. Avropaya getməyə layiq biz idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Səhv də edə bilərik. Futbolçularım mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. Çox xoşbəxtik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 36-cı turunun “Neftçi” ilə oyunundan sonra deyib. O, daha sonra belə davam edib;

“Məncə, hazırda biz qələbəni qeyd etməliyik. Hansı mövqelərə transfer lazım olduğunu bilirik. Vaxtımız da yoxdur. Əminliklə deyə bilərəm ki, bəzi oyunçular gətirəcəyik.

Özüm-özümün qarşısına məqsəd qoymuşdum. Bura gələrkən, 5-6-cı yerlər uğrunda vuruşmağa gəlməmişdim. Həmişə yüksək məqsədlər istəmişəm. Bəzən buna çata bilirsən, bəzən də yox. Yüksək səviyyə varsa, məqsədlərə nail olacaqsan”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43