08 Sentyabr 2024
Ölkə futbolu

Krunoslav Renduliç: “Hələ heç nə həll olunmayıb”

“Sabah” Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Makkabi”yə 3:0 hesabı ilə qalib gəlib.

İdmabxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Hər şeydən əvvəl futbolçularımı təbrik edirəm. Onlar yaxşı oynadılar. Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Çünki “Makkabi” əla komandadır. Hələ heç nə həll olunmayıb. 

Biz sadəcə bir oyun keçirmişik. Cavab görüşü var. Konsenteasiyanı saxlamaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Maksimumu verməli olduğumuzu demişdim. Nə olacaqsa, olacaq. Yenə də “Makkabi”ni favorit sayıram. Amma bunu meydanda göstərmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43