Kateqoriyasız

Kubokda nominal meydan sahibi bilindi

Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.

Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub.

Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43