Kateqoriyasız

Azərbaycan kuboku: Finalın qalibi “Qəbələ” oldu!

Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, həlledici görüşdə “Qəbələ” və “Sumqayıt” klubları üz-üzə gəlib.

Naxçıvanda keçirilən matçda hesabı erkən açan “Qəbələ” oyunun sonuna kimi bu nəticəni qoruyaraq  kubokun yeni qalibi olub.

Qeyd edək ki, “Qəbələ” ölkəmizi Avropa Liqasında təmsil edəcək.

19 may

Azərbaycan kuboku, final

17:00. “Qəbələ” – “Sumqayıt” 1:0

Qol: Monroz, 4
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Naxçıvan Muxtar Respublikası stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43