Ölkə futbolu

Kubokun 1/4 final mərhələsi: “Xəzər Lənkəran”ın ümid yeri, “Neftçi”nin “ört-basdır” cəhdi və “Qəbələ”nin ilk titul arzusu – TƏHLİL

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələdə baş tutacaq 4 qarşılaşmanın hamısı eyni gündə keçiriləcək. 

“Araz-Naxçıvan” – “Xəzər Lənkəran”

bu cütün favoriti sössüz ki, Cənub klubudu. Mustafa Dənizlinin rəhbərlik etdiyi komanda çempionatdan əlini üzdüyündən diqqətləri yalnız ölkə kubokuna yönəldib. Birinci divizionun lideri “Araz-Naxçıvan” möcüzə olmayacağı təqdirdə elə bur mərhələdəcə “stop” deyəcək. “Ağ-yaşıllar”ın yalnız kuboka ümid etməsi , eləcə də təcrübə və səviyyə fərqini nəzərə alsaq Naxçıvan klubu ən yaxşı halda öz meydanında heç-heçəyə sevinə bilər.

“İnter” – “Neftçi”

Cütün favoriti “ağ-qaralar” olsa da, burada hansı klubun mərhələ adlaya biləcyini demək olduqca çətindi. Ardıcıl 3 ildir ki, titulla çempionatı bitirən “Neftçi” çempionluğun artıq əldən getdiyini yaxşı bilir. Paytaxt klubu məhz buna görə də, kuboku qazanmaqla mövsüm boyu çəkilən əziyyəti bu titulla siğortalamaq istəyir. 

Əgər “İnter” ard-arda bu qədər xal toplamasaydı onların kuboka olan marağı bəlkə də, bu qədər az olmazdı. Sıx qrafikdə maksimum xal toplamağa çalışan Sxadadzenin yetirmələri “Neftçi”ylə son oyunda iki dəfə önə keçsələr də, qələbəni qoruya bilməmişdilər. Bu iki komanda arasındakı matçda qalibi penaltilər də müəyyənləşdirə bilər. Lakin “bankirlər”in kubokda yolu məncə elə bura qədərdi.

“Qəbələ” – “Qarabağ”

Öz meydanında bu il 3 oyunda məğlub olan “Qəbələ” hələ ki, 2014-cü ildə ev qələbəsinə həsrətdi. Syominin yetirmələri üçün kubok ən yaxşı titul olar. Son turlarda alınan yenilgilərdən sonra lider “Qarabağ”la matçda ilk ev qələbəsi qazanmaq olar. Çünki çempionluq havasında olan Ağdam klubundan fərqli “Qəbələ”də “artıq səhv etmək olmaz” prinsipi iş düşür. Bu cütün favoriti yoxdu. Bu üzdən də “Qəbələ” mərhələ adlasa, bunu gözlənilməz nəticə kimi düşünmək absurd olar. 

“Bakı” – “Rəvan”

Pantiçli “Bakı” “Qarabağ”a məğlub olmaqla 2014-cü ildə ilk dəfə meydanı başı aşağı tərk etdi. Ancaq “zolaqlılar” kubok oyununda daim məğlub etdiyi “Rəvan”ı yenməklə iddiasını ortaya qoyacaq. Paytaxt klubu cütün favoriti sayılsa da, Güvənç Kurtarın başçılıq etdiyi komanda son oyunlarda müsbət nəticələr qazanmaqla adətən rəqibləri üçün həyəcan siqanlı verib. Hər şeyə rəğmən “Bakı mərhələni keçəcəyini düşünürəm. Ən azından paytaxt klubunun kubok komandası sayıldığını nəzərə alsaq “Rəvan”ın çox cüzi şansı olduğunu görərik.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43