Ölkə futbolu

Kubokun cavab oyunlarına hakim təyinatları

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar müəyyənləşib.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, dekabrın 20-də keçiriləcək “Sabah” – “Qəbələ” matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Digər təyinatlar isə aşağıdakı kimidir.

19 dekabr (çərşənbə)

16:00. “Səbail” – “Zirə”
Hakimlər:
 Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər:
 Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”

20 dekabr (çərşənbə axşamı)

16:00. “Sabah” – “Qəbələ”
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: 
İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43