Ölkə futbolu

Kubokun finalı “Tofiq Bəhramov”da keçirilməyəcək

İyunun 3-də keçiriləcək futbol üzrə Azərbaycan kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmayacaq.

İdmanxeber.com-un "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

A.İsmayılovun sözlərinə görə, apreldən stadionda "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq işlərinə başlanılacaq. Arena kamandan oxatma yarışları üçün hazırlanacaq. Görüləcək işlərin qaçış cığırlarını əhatə edəcəyini deyən direktor ot örtüyünə hər hansı təsirin olmaması üçün çalışacaqlarını bildirib:

"Stadionumuzda paralel olaraq, futbol matçları da keçiriləcək. Amma ölkə kubokunun final qarşılaşması Avropa Oyunları ərəfəsinə təsadüf edəcəyindən, görüşün bizim arenada təşkili mümkün olmayacaq".

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. Kamandan oxatma yarışları isə 16 – 22 iyunu əhavə edəcək. Azərbaycan kubokunun final qarşılaşmaları əksərən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Son 9 ildə ərzində yalnız bir dəfə – 2011-2012-ci il mövsümündə kubokun həlledici matçı başqa meydanda – "Dalğa Arena"da təşkil olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43