Kateqoriyasız

Kubokun finalının başlama saatı dəyişdirildi

Azərbaycan kubokunun mayın 19-da “Qəbələ” və “Sumqayıt”  arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.

Idmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən bu qərar verilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

Oxşar xəbərlər

“Neftçi” “Bakcell Arena”ya qayıtdı

admin

“Arsenal” – “Çelsi” oyunu italiyalı hakimə həvalə edildi

admin

“eTopaz”da günün canlı oyunları

admin