Ölkə futbolu

“Kubokun stressi bizə təsir etdi” – Ayxan Abbasov

“Gözəl qələbə alındı. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Qələbəni komandanın dar günündə arxasında dayanan azarkeşlərə hədiyyə edirik. Vacib qələbə idi. “Neftçi”yə qalib gəlmək xoşdur. Yolumuza davam edirik. Evdə qalib gəlməyimiz daha vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışdılar. Həm oyun, həm də nəticə bizi qane etdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:

“Bu iki komandanın oyunları həmişə maraqlı və gərgin keçib. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, sezonun əvvəlində istədiyimiz oyun idi. Sadəcə vaxt lazım gəlirdi. Kubokun stressi bizə təsir etdi. Futbolçularım indi daha rahatdır.

Kubok görüşündə də heç bir səhv yox idi. O oyunda nə lazım idi demişdik. Sadəcə futbolçularımız son 15 dəqiqə stress yaşadı. Çox deyirlər ki, komanda çox oturmuşdu arxaya. Buna bizi rəqib məcbur etmişdi. Etdiyimiz dəyişikliklərə baxın. Hücumameyilli futbolçu buraxdıq oyuna. Matçdan sonra müzakirələr normaldır. Oyunu analiz etmişəm. Komandamızın bir az soyuqqanlı olmaması bizə maneçilik törətdi. Rəqibin real epizodu yox idi. İki oyunu da yaxşı oynamışdıq. “Neftçi” də həmin görüşə yaxşı hazırlaşmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43