Ölkə futbolu

“Kubokun stressi bizi çox sıxırdı” – Ayxan Abbasov

“Seriyamızı davam etdirmək istəyirdik. “Qəbələ”ni bu il məğlub edə bilməmişdik. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

Komandaya həmişə inanmışam. Ən çətin durumlarda xallar qazanmışıq. Kubokun stressi bizi çox sıxırdı. Bu, bəzi oyunlarda bizə mane oldu. Normal haldır. Hər komandanın enişi də, yaxşı dövrü də olur. Bu gün görünən odur ki, düz yoldayıq. Biz gələcəyi düşünürük. “Neftçi” ilə yarımfinal da bir təcrübə idi.

Zirə”yə qarşı da eyni güclə oynamışdıq. Bizim sponsorumuz var. Kiminsə stimuluna ehtiyac duymuruq.

Standart vəziyyətlər önəmlidir. Ötürməni verəndən də çox şey asılıdır. İlk hisdə futbolçulara qəzəbləndim. Yaxşı ötürmələr edə bilmədilər. Bu gün Sadiq Quliyevin qol vurmasına çox sevindim. Onu yenidən futbola qazandırdıq. Əlbəttə ki, məşqlərdə bunun üzərində çalışırıq. Bu, bizim üstünlüyümüzdür və bundan istifadə etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43