Kateqoriyasız

Alınmadı!

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi öz meydanında Belarusun BATE kollektivi ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. İlk hissənin ortalarında qonaqlar hesabı açaraq qələbə qazanan tərəf olub.

Qeyd edək ki, bu cütün qalibi pley-off-da PSV ilə üz-üzə gələcək.

7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyun

21:00. “Qarabağ” (Azərbaycan) – BATE (Belarus) 0:1
Hakimlər:
 Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43