“Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Araz Naxçıvan” oyunu (1:2) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablayıb:
– Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?
– Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.
– Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
– Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.
– Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?
– Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. “Araz-Naxçıvan” bir çox komponentdə bizi üstələdi.