Dünya futbolu

Kurban Berdiyev Ruslan Abışovla bağlı qərarını verdi

"Rubin" Avropa Liqasının qrup mərhələsinin son turunda Belçikanın "Sulte Varegem" klubu ilə səfərdə qarşılaşacaq.
Kazan təmsilçisi artıq sözügedən ölkəyə yollanıb.

Səfərə çıxan heyətdə Ruslan Abışov da yer alıb. Artıq 1/16 finala vəsiqəni təmin edən "Rubin"in baş məşqçisi Kurban Berdiyevin millimizin üzvünə start heyətində şans verəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43