28 Sentyabr 2024
Ölkə futbolu

Küveyt və Qətərin bu klubları Azərbaycana gəlir – SON DƏQİQƏ!

Qətər və Küveyt ölkələrinin futbol akademiyaları Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.az-a verilən məlumata görə, “Küveyt City Academy” 20-31 iyul tarixlərində Qəbələdə “Qafqaz Resort” oteldə məskunlaşacaq. Onlar bu müddətdə rayonda hazırlıq keçib, yoxlama görüşləri oynayacaq.

Küveytlilərdən sonra qətərlilər də Qəbələyə üz tutacaq. “Aspire Football Academy” də təlim-məşq toplanışını bu bölgədə keçirəcək. 

Qətər təmsilçisi 18-30 avqust tarixlərində davam edəcək hazırlıqda müxtəlif komandalarla yoxlama oyunununda gücünü sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43