Ölkə futbolu

“Kvadrat” oynadılar, rəqibini gözləyirlər

Milli komandaların oyunları ilə əlaqədar  Premyer Liqadakı yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən “Simurq” qonşu ölkədə hazırlıqlara start verib.

 

Tiflisdə ilk məşqinədə çıxan Zaqatala təmsilçisi, saat yarımdan artıq davam edən ilk hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Ardınca fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib, 3 qrupa bölünən futbolçular “kvadrat” oynadıqdan sonra taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla hazırlıq tamamlanıb. Qapıçılar Pavel Kapsa, Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.

 

Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” burada bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Lakin rəqibin adına hələ aydınlıq gələməyib. Bundan sonra vətənə qayıdacaq komanda Topaz Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43