Dünya futbolu

Kvekveskiri seçim qarşısında

“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirə bilər.

Gürcüstanlı futbolçu Qazaxıstanın “Tobol” klubu ilə razılığa gəlib. Gürcüstan yığmasının üzvünü “Tobol”a komandanın baş məşqçisi Omari Tetradze dəvət edib. Kvekveskiri “Qəbələ”dən də yeni müqavilə təklifi alıb. Lakin Nikanın üstünlüyü Qazaxıstan klubuna verəcəyi gözlənilir.

Azad agent statusu daşıyan Kvekeskiri “Qəbələ”yə ötən mövsüm Bakı “İnter”indən keçmişdi. 25 yaşlı futbolçu cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43