Dünya futbolu

Kvekveskirini “Qəbələ”dən “oğurlayan” məşqçi qovuldu

Gürcüstanlı məşqçi Omar Tetradze Qazaxıstanın “Tobol” klubundan qovulub.

Təcrübəli çalışdırıcı “Şaxtyor”la ölkə çempionatı matçından sonra baş tutan mətbuat konfransında iştirak etməyib. O, məğlub olduqları (1:2) qarşılaşmanın ertəsi günü komanda ilə vidalaşıb.

Artıq klub rəhbərliyi yeni baş məşqçi axtarışına da çıxıb. İddialara görə, “Tobol”un yeni baş məşqçisi Vladimir Qazzayev olacaq.

Qeyd edək ki, Gürcüstan millisinin üzvü Nika Kvekveskiri mövsüm başa çatdıqdan sonra “Qəbələ”ni “Tobol”a dəyişmişdi. O, məhz həmyerlisinə görə Qazaxıstana getməyə üstünlük vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43